Bank Of Baku

“İslahat” seçki bloku qeydə alınmaq üçün sənədlərini MSK-ya təqdim edib

“İslahat” seçki bloku qeydə alınmaq üçün sənədlərini MSK-ya təqdim edib
# 10 sentyabr 2010 10:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün “İslahat” seçki bloku qeydə alınmaq üçün ilkin sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə APA-ya “İslahat” seçki blokuna daxil olan Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa məlumat verib.

O bildirib ki, MSK-ya təqdim olunmuş sənədlər siyahısında seçki blokunun 19 nəfərdən ibarət səlahiyyətli nümayəndələr siyahısı da daxil edilib: “MSK növbəti beş gündə bloku qeydə alıb-almamaqla bağlı qərar çıxaracaq. Əgər blok qeydə alınarsa, bundan sonra namizədlər siyahısını seçki dairələrinə göndərəcəyik”.

F.Mustafa “İslahat” seçki blokunun namizədlər siyahısında 110 nəfərin adının olduğunu bildirib: “Ola bilsin, bəzi namizədlərin dairəsində yerdəyişmələr oldu. Ona görə də siyahını indidən açıqlamırıq. Siyahı tam dəqiqləşəndən sonra onu açıqlayacağıq”.

Qeyd edək ki, “İslahat” seçki blokunda BQP ilə yanaşı BAXCP, Ədalət və Təkamül partiyaları da yer alıb.

Bu il Azərbaycanda parlament seçkiləri noyabrın 7-nə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR