Bank Of Baku

“AXCP-Müsavat” seçki bloku qeydiyyat sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib

“AXCP-Müsavat” seçki bloku qeydiyyat sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib
# 10 sentyabr 2010 16:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “AXCP-Müsavat” seçki bloku qeydə alınmaq üçün sənədlərini Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə APA-ya blokun seçki qərargahının rəhbəri Gülağa Aslanlı məlumat verib. G.Aslanlı bildirib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq blokun səlahiyyətli nümayəndələrinin siyahısı təsdiqlənib. Blokun embleminə gəlincə, G.Aslanlı deyib ki, bu məsələyə növbəti toplantıda baxılacaq. MSK yaxın bir neçə gün ərzində blokun qeydiyyata alınıb-alınmaması məsələsinə münasibət bildirəcək.

Qeyd edək ki, “AXCP-Müsavat” seçki bloku 125 seçki dairəsinin 88-dən deputatlığa namizədlərini irəli sürüb. Bir sıra dairələr üzrə hələlik razılaşma əldə olunmadığından, bu rəqəmin artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR