Bank Of Baku

AXCP-Müsavat bloku Bakıdakı daha 3 seçki dairəsində vahid namizədini müəyyənləşdirib

AXCP-Müsavat bloku Bakıdakı daha 3 seçki dairəsində vahid namizədini müəyyənləşdirib
# 11 sentyabr 2010 12:17 (UTC +04:00)
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, görüşdə bir sıra seçki dairələri üzrə vahid namizədlərin seçilməsi ilə bağlı müzakirə aparılıb.

Tərəflər Bakı şəhərindəki daha 3 dairə üzrə razılaşma əldə ediblər. Belə ki, 29 saylı seçki dairəsindən Həsən Kərimovun, 25 saylı seçki dairəsindən Rauf Arifoğlunun və 30 saylı seçki dairəsindən Arif Hacılının namizədliyi blok tərəfindən dəstəklənib.

Partiya rəhbərlərinin görüşündə seçki kampaniyası ilə əlaqədar birgə fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsinə dair bir sıra qərarlar da qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR