Bank Of Baku

Azərbaycan Liberal Partiyasının qurultayı keçirilib

Azərbaycan Liberal Partiyasının qurultayı keçirilib
# 13 sentyabr 2010 07:01 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 12-də Azərbaycan Liberal Partiyasının (ALP) növbəti qurultayı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 171 nümayəndənin iştirak etdiyi qurultaya ALP İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə sədrlik edib.

Ali toplantıda partiya sədr əvəzinin və Mərkəzi Nəzarət Təftiş Komitəsi (MNTK) sədrinin hesabatı dinlənilib, Siyasi Şuranın və MNTK tərkibi yenidən seçilib. Qurultayda partiyanın sədri də müəyyənləşib. Əvəz Temirxan alternativ əsaslarla gizli səsvermə ilə partiyanın yeni sədri seçilib. 171 qurultay nümayəndəsindən 112-si Əvəz Temirxanın, 59 nəfər isə Elman Məmmədzadənin lehinə səs verib.

Bundan başqa, partiyanın Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədləri irəli sürülüb və "İnsan Naminə" seçki blokunun namizədləri təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR