Bank Of Baku

ADP Ali Məclisi “Qarabağ” seçki blokunda təmsil olunacaq partiya üzvlərinin siyahısını müəyyənləşdirib

ADP Ali Məclisi “Qarabağ” seçki blokunda təmsil olunacaq partiya üzvlərinin siyahısını müəyyənləşdirib
# 13 sentyabr 2010 07:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin Rəyasət Heyətinin iclası keçirilib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiyadan “Qarabağ” seçki blokunun namizədlər siyahısında təmsil olunacaq şəxslərin təsdiq olunması ilə əlaqədar məsələ müzakirə edilib. Müzakirələrin nəticəsində ADP-dən 35 nəfərin “Qarabağ” seçki blokunun namizədləri siyahısına salınması ilə əlaqədar qərar qəbul edilib.

İclasda daha sonra fasilə elan olunub və ADP-nin namizədlər siyahısı təsdiq olunması üçün adıçəkilən bloka daxil olan digər partiyaların səlahiyyətli qurumlarına təqdim olunub. Hazırda bloka daxil olan Ümid və Aydınlar partiyasının namizədlər siyahısının partiyaya daxil olacağı gözlənilir və “Qarabağ” seçki blokunun səlahiyyətli nümayəndələr şurasının blokun ümumi namizədlər siyahısını təsdiq etməsi üçün toplanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR