Bank Of Baku

AXCP Rəyasət Heyətinin iclası keçirilib

AXCP Rəyasət Heyətinin iclası keçirilib
# 13 sentyabr 2010 09:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, iclasda hazırlıq məsələləri, AXCP-nin Müsavat Partiyası ilə vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların gedişi, qurultaya hazırlıq məsələləri müzakirə edilib. Rəyasət Heyəti tərəfindən AXCP-nin Müsavat Partiyası ilə danışıqların davam etdirməsi və maksimum seçki dairəsində vahid namizəd müəyyənləşdirilməsinə nail olunması tövsiyə edilib.

Sentyabrın 25-nə təyin olunmuş qurultaya hazırlıqla bağlı isə tövsiyə olunub ki, yaxın günlərdə AXCP nümayəndələri “Təbriz” kinoteatrı ilə icarə müqaviləsi imzalasın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR