Bank Of Baku

Ümid Partiyası Ali Məclisinin sessiyası keçirilib

Ümid Partiyası Ali Məclisinin sessiyası keçirilib
# 13 sentyabr 2010 10:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, sessiyanın gündəliyinə 7 noyabr seçkilərində partiyanın iştirakı, namizədlərin təsdiq olunması, o cümlədən “Qarabağ” blokuna daxil olan ADP və Aydınlar Partiyasının namizədlərinin təsdiqi məsələləri daxil edilib.

Partiyanın sədri İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət, seçkilərdə iştirak və namizədlərin üzərinə düşən vəzifələr barədə çıxış edib. Sonra “Qarabağ” seçki bloku adından Ümid Partiyasının 54 namizədi, Aydınlar Partiyasının 10 namizədi, Demokrat Partiyasının isə 34 namizədi səsə qoyularaq təsdiqlənib. Təsdiq olunmayan daha 7 namizəd isə rəhbər orqanlarda müzakirədən sonra yenidən Ali Məclisin sessiyasına təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR