Bank Of Baku

Azərbaycan Milli Məclisinin payız sessiyası sentyabrın 30-da başlayacaq

Azərbaycan Milli Məclisinin payız sessiyası sentyabrın 30-da başlayacaq
# 13 sentyabr 2010 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin komitələri sentyabrın 15-də işə başlayacaq. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirovun APA-ya verdiyi məlumata görə, komitələr sentyabrın 30-dək təqdim olunmuş qanun layihələrini nəzərdən keçirərək parlamentin payız sessiyasının gündəliyinə salınacaq qanunvericilik aktlarını müəyyənləşdirəcəklər.

Parlamentin payız sessiyası isə sentyabrın 30-dan başlanacaq.

APA-nın parlamentin İqtisadi siyasət komitəsindən əldə etdiyi məlumata görə, payız sessiyasında - noyabr ayında keçiriləcək parlament seçkilərinədək “Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin də müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR