Bank Of Baku

MSK daha üç seçki blokunu qeydə alıb - YENİLƏNİB

MSK daha üç seçki blokunu qeydə alıb - <font color=red>YENİLƏNİB</font>
# 13 sentyabr 2010 13:24 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda bu il noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar “Demokratiya” siyasi partiyalar blokunun qeydə alınmasına dair müraciətinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, VHP və DİP birgə seçki bloku yaradaraq MSK-ya müraciət edib. O qeyd edib ki, həmin seçki blokunun qeydə alınmasında problem yoxdur. MSK bloku qeydə alıb.

Daha sonra bu il noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar “İslahat” siyasi partiyalar blokunun qeydə alınmasına dair müraciətə baxılıb. BAXCP, BQP, Ədalət və Təkamül partiyalarının yaratdığı bu seçki bloku da MSK tərəfindən qeydə alınıb.

Sonra bu il noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar “AXCP-Müsavat” siyasi partiyalar blokunun qeydə alınması məsələsinə də baxılıb. AXCP və Müsavat Partiyasını özündə birləşdirən siyasi blok MSK tərəfindən qeydə alınıb.

MSK iclasda “AXCP-Müsavat” seçki blokunun 2 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə 2 nümayəndəsini qeydə alıb.

İclasda, KXCP-nin, Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) və Demokratik Azərbaycan Dünyası Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndələri də qeydə alınıb.

İclasın sonunda 36 saylı Xətai IV Seçki Dairəsinin Dairə Seçki Komissiyasının tərkibinə dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR