Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 13 sentyabr 2010 15:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.
Gündəlikdə əsas müzakirə olunan məsələ seçkilərə hazırlığın gedişi ilə bağlı olub. AXCP ilə dairələr üzrə vahid namizədlərin müəyyənləşdirilməsi yönündə aparılan danışıqlar haqqında məlumat verilib. Daha bir neçə dairədə vahid namizədin razılaşdırıldığı qeyd edilib.
Divanın ictimai-siyasi vəziyyətə dair bölümündə Azərbaycanın BMT-nin Baş Assambleyasının gündəliyindən “İşğal edilmiş ərazilərdə vəziyyət haqqında” qətnamə layihəsini geri çəkməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan tərəfi əvvəlcə qətnamə layihəsinin müzakirəsinin təxirə salınmasını istəyib, sonra isə onu tamamilə geri çəkib. Divanda son günlərdə Lənkəranda, İsmayıllıda və Sumqayıtda baş vermiş ağır cinayət hadisələri haqqında da fikir mübadiləsi olub. Həmin hadisələrin ciddi və obyektiv araşdırılması və günahkarların cəzalandırılması tələb olunub.
Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR