Bank Of Baku

ALDP adından Milli Məclisə seçkilərdə yalnız bir namizəd iştirak edəcək

ALDP adından Milli Məclisə seçkilərdə yalnız bir namizəd iştirak edəcək
# 14 sentyabr 2010 10:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev namizədliyini 24 saylı Nizami I seçki dairəsindən irəli sürəcək. Bu barədə APA-ya ALDP sədri özü məlumat verib. O, ALDP adından Milli Məclisə seçkilərdə iştirak edəcək yeganə namizəd olacaq. F. Əliyev bunu sonuncu bələdiyyə seçkilərinə ALDP təmsilçisi kimi qatılan partiya üzvlərinin uğur qazana bilməməsi ilə izah edib: “Əksinə, seçkilərə müstəqil qaydada qatılan təmsilçilərimiz bələdiyyə üzvü seçilə biliblər. Ona görə də ALDP təmsilçiləri seçkilərdə müstəqil qaydada iştirak edəcəklər”.

F. Əliyev parlament seçkilərində iştirak edəcək ALDP üzvlərinin sayının 21 olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR