Bank Of Baku

İslam Partiyasının 12 nümayəndəsi parlament seçkisində iştirak edəcək

İslam Partiyasının 12 nümayəndəsi parlament seçkisində iştirak edəcək
# 14 sentyabr 2010 11:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) parlament seçkisində namizəd kimi iştirak edəcək üzvlərini yaxın bir həftə ərzində tam müəyyənləşdirəcək. Bunu APA-ya açıqlamasında AİP sədri Hacı Mövsüm Səmədov deyib. O xatırladıb ki, təmsil etdiyi partiya ötən parlament seçkilərinə “Azərbaycançı Qüvvələr Birliyi” seçki blokunun tərkibində qatılıb. Bu il keçiriləcək seçkidə isə partiya hər hansı blokda təmsil olunmaqdan imtina edərək fərdi şəkildə iştiraka üstünlük verib: “İslam Partiyasının seçki proqramı hazırlanıb və Baş Məclis tərəfindən təsdiqlənib. İslam Partiyasının dövlət qeydiyyatı yoxdur, belə olan təqdirdə partiyanın rəsmi şəkildə seçkilərdə iştirakı mümkünsüzdür. Ona görə də partiya seçkilərdə yalnız fərdi şəkildə iştirak edən üzvlərinin namizədliyini dəstəkləyə biləcək”.

M. Səmədov İslam Partiyasının 12 üzvünün millət vəkilliyinə namizəd olacağını açıqlayıb. O, özünün seçkidə iştirak edib-etməmək barədə hələ qəti qərar vermədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR