Bank Of Baku

“Qurani-Kərim”in yandırılmasına etiraz bildirilib

“Qurani-Kərim”in yandırılmasına etiraz bildirilib
# 14 sentyabr 2010 13:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM) ABŞ-da “Qurani-Kərim”in yandırılmasına etiraz məqsədilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu müqəddəs kitaba hörmətsizlik edən şəxslərin heç bir dinə mənsub olmadıqlarını bildirib: “Bu insanlar özlərini xristian kimi qələmə verib iki dinin ardıcılları arasında münaqişə yaratmaq istəyirlər. Heç bir xristian “Qurani-Kərim”i yandırmaq istəməz. Çünki “Qurani-Kərim”də İsa peyğəmbərin, Həzrəti Məryəmin də adları çəkilir. Bu hadisə bütün müsəlmanlara, dünyaya və Allaha qarşı edilən mənəvi terrordur”.

Tədbirdə çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da müqəddəs kitabın yandırılmasını təxribat adlandırıb. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə və millət vəkili Pənah Hüseyn də fakta münasibət bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR