Bank Of Baku

“AXCP-Müsavat” seçki bloku tezliklə mitinqlərə başlayacağını bəyan edib

“AXCP-Müsavat” seçki bloku tezliklə mitinqlərə başlayacağını bəyan edib
# 14 sentyabr 2010 14:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının qərargahında “AXCP-Müsavat” seçki blokunun birgə müşavirəsi keçirilib. APA-nın xəbərinə görə, müşavirədə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, partiyaların rayon təşkilatlarının sədrləri, nümayəndələri iştirak ediblər. Əli Kərimli çıxışında deyib ki, blok tezliklə mitinqlərə başlayacaq. Onun sözlərinə görə, parlament seçkilərində təşviqat aparmaq üçün ayrılan 21 gün ərzində blok 30-40 regionda tədbirlər keçiriləcək. Blokun hər bir vahid namizədinin isə ayrıca seçki qərargahı olacaq.

Daha sonra blokun vahid namizədləri çıxış edərək, təşviqat aparmağın formaları barədə təkliflər səsləndiriblər.

Blokun 2 saylı Şərur Seçki Dairəsindən namizədi Səxavət Əlisoy İsa Qəmbər və Əli Kərimlinin Naxçıvana dəvət edib.

Müsavat başqanı İsa Qəmbər isə çıxışında “AXCP-Müsavat” blokunun hər şeyinin olduğunu, təkcə pulunun olmadığını bildirib: “Amma biz digər potensiallarımızla qələbə qazanmaq gücündəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR