Bank Of Baku

ATİB Bakının işğaldan azad edilməsinin 92-ci ildönümü münasibətilə tədbir keçirib

ATİB Bakının işğaldan azad edilməsinin 92-ci ildönümü münasibətilə tədbir keçirib
# 15 sentyabr 2010 13:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi münasibəti ilə tədbir keçirib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, Milli Məclisin mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri Nizami Cəfərov Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib: “Biz bu günün daha geniş şəkildə qeyd olunması məqsədi ilə Türkiyənin Maltəpə Universitetinin professoru doktor Orxan Çəkici Azərbaycana dəvət etmişik. Onun burada bizimlə bir tədbirdə olması şərəf verir”. Daha sonra tədbirdə çıxış edən professir Orxan Çəkic Atatürkün Türkiyənin istiqlaliyyəti üçün gördüyü xidmətlərdən, Azərbaycan-Türkiyə dostluğundan danışıb. Professor səfər çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müdavimləri ilə görüşəcəyini, məruzə ilə çıxış edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR