Bank Of Baku

“İnsan naminə” bloku daha 5 dairədə namizədlərini müəyyənləşdirib

“İnsan naminə” bloku daha 5 dairədə namizədlərini müəyyənləşdirib
# 16 sentyabr 2010 09:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İnsan naminə” seçki bloku daha 5 dairə üzrə namizədlərini müəyyənləşdirib. Blokun seçki qərargahından APA-ya verilən məlumata görə, blok 4 dairə üzrə namizədlərini dəqiqləşdirib. Siyavuş Nəcəfov 3 saylı Babək-Kəngərli-Naxçıvan, İkram Rəhimov 4 saylı Naxçıvan şəhər, İsmayıl İsmayılov 69 saylı Cəlilibad–Masallı–Biləsuvar, Bəhram Mustafabəyli isə 114 Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd irəli sürülüb.

44 saylı Sumqayıt-Abşeron seçki dairəsində yerdəyişmə olub. Həmin dairədən bir müddət öncə namizədliyi irəli sürülən Asif Balakişiyevin yerinə Vüsal Hətəmov blokun vahid namizədi kimi təsdiqlənib.

Qərargahdan o da qeyd olunub ki, 12 seçki dairəsi üzrə namizədlərin müəyyənləşdirilməsi istiqamətində dəqiqləşmə davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR