Bank Of Baku

AXCP və “Təbriz” kinoteatrının rəhbərliyi arasında müqavilə bağlanıb

AXCP və “Təbriz” kinoteatrının rəhbərliyi arasında müqavilə bağlanıb
# 16 sentyabr 2010 09:55 (UTC +04:00)
Bu barədə APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, hazırda AXCP təmsilçisi olan dizaynerlər qurultayın keçiriləcəyi zalda lazımi işlər aparır. N. Məmmədli qurultayın sentyabrın 25-də saat 10.00-da başlayacağını bildirib.

Qeyd edək ki, AXCP iyulun 22-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək qurultay keçirilməsi üçün yer ayrılmasını xahiş edib. AXCP-yə göndərilən cavab məktubunda zalların İH-nin nəzdində olmadığı diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, hər hansı konfrans zalı, saray və ya mədəniyyət evinin rəhbərliyi ilə razılaşma əldə edildikdən sonra həmin yerdə AXCP-nin növbəti V (VIII) qurultayının keçirməsinə şəhər rəhbərliyi etiraz etmir. Bundan sonra AXCP funksionerləri qurultay keçirmək üçün Nizami rayonu ərazisində yerləşən “Təbriz” kinoteatrını seçiblər. Nizami rayon İcra Hakimiyyəti razılıq verdikdən sonra kinoteatr rəhbərliyi ilə danışıqlara başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR