Bank Of Baku

Məzahir Pənahov: “İndiyədək deputatlığa namizəd olmaq istəyən 155 nəfər DSK-lara müraciət edib”

Məzahir Pənahov: “İndiyədək deputatlığa namizəd olmaq istəyən 155 nəfər DSK-lara müraciət edib”
# 16 sentyabr 2010 13:31 (UTC +04:00)
İclasda Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), “İnsan naminə” və “Qarabağ” seçki bloklarının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təsdiqlənib.

Sonra 122 saylı Xankəndi dairə seçki komissiyasının (DSK) tərkibində dəyişiklik edilib.

Çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, indiyədək namizədliyini irəli sürmək istəyən 155 nəfər DSK-lara müraciət edib, onlardan 131 nəfəri DSK-lardan imza vərəqələri götürüb.

M. Pənahov indiyədək seçkidə iştirak etmək üçün MSK-ya 18 partiyanın müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, parlament seçkilərini müşahidə etmək üçün artıq 172 nəfər MSK tərəfindən qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR