Bank Of Baku

“Parlament – 2010” Seçki Monitorinqi Koalisiyası təsis edilib

“Parlament – 2010” Seçki Monitorinqi Koalisiyası təsis edilib
# 16 sentyabr 2010 15:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müstəqil Elmi Praktik Hüquq Mərkəzinin təşəbbüsü ilə “Parlament – 2010” Seçki Monitorinqi Koalisiyası təsis edilib. Koalisiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müstəqil Elmi Praktik Hüquq Mərkəzi (MEPHM) QHT-lərə Dövlət Dəstəyi Şurasına 2010-cu ildə keçiriləcək parlament seçkilərinin monitorinqini keçirmək təşəbbüsü ilə müraciət edib. Həmin təşəbbüs QHT Şurası tərəfindən dəstəklənib və lazımi maliyyə vəsaiti ayrılıb. Mərkəz qərara alıb ki, bu layihə koalisiya şəklində həyata keçirilsin.

Sentyabrın 14-də keçirilən toplantıda əlavə olaraq 6 QHT-nin - Tətbiqi Tədqiqatlar Fondu, “Praqma” Seçki Texnologiyaları Mərkəzi, Demokratik Jurnalistlər Liqası, “Azərbaycan-Skandinaviya Əməkdaşlığı” İctimai Birliyi, “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyi, Müstəqil Hüquq Mərkəzinin iştirakı ilə koalisiya təsis olunub. Yığıncaqda koalisiyanın “Parlament – 2010” Seçki Monitorinqi Koalisiyası adlandırılması qərara alınıb. Təsis yığıncağında 75 seçki dairəsində monitorinq aparmaq və müşahidə təşkil etmək qərarına gəlinib.

MEPHM-in prezidenti Aydın Kərimov layihənin rəhbəri, Rasim Şərifli layihənin koordinatoru seçilib. Koalisiyanın mətbuat xidmətinin rəhbəri isə Demokratik Jurnalistlər Liqasının təmsilçisi Sevda Məmmədovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR