Bank Of Baku

Demokratik Azərbaycan Dünyası Partiyası parlament seçkilərinə 76 namizədlə qatılır

Demokratik Azərbaycan Dünyası Partiyası parlament seçkilərinə 76 namizədlə qatılır
# 17 sentyabr 2010 10:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Milli Məclisə keçirilən seçkilərə 76 namizədlə qatılmağı planlaşdırır. Bu barədə APA-ya DADP sədri Məmməd Əlizadə məlumat verib. Onun sözlərinə görə, həmin namizədlərdən 50-si sənədlərini artıq seçki dairələrinə təqdim edib, 40 namizəd isə dairələrdən imza vərəqələrini götürüb: “Hazırda proses davam edir. Mən namizədlərimiz arasında ayrı-seçkilik etmək istəməzdim. Namizədlərimiz arasında tanınmış şəxslərdən Barak Obamanın oxşarı, partiyanın İdarə Heyətinin üzvü Asif Mustafayev də var. Onun namizədliyini 25 saylı Nizami II Seçki Dairəsindən irəli sürmüşük”.

M. Əlizadə özü isə 43 saylı Sumqayıt III Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR