Bank Of Baku

“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları keçiriləcək

“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları keçiriləcək
# 17 sentyabr 2010 11:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Sentyabrın 20-dən Azərbaycan Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları başlayacaq. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcək. İlk məlumat sessiyası sentyabrın 20-də Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Sentyabrın 21-də Şirvanda, sentyabrın 22-də Mingəçevirdə, sentyabrın 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni mövzulu məlumat sessiyaları təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR