Bank Of Baku

AMİP-çi gənclər İsveçdə parlament seçkisini izləyəcəklər

AMİP-çi gənclər İsveçdə parlament seçkisini izləyəcəklər
# 17 sentyabr 2010 13:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Gənclər Təşkilatının Beynəlxalq Məsələlər üzrə sədr müavini Nicat Cavanşir və İdarə Heyətinin üzvü Elvüsal Muxtarov İsveçə yola düşüblər. Bu barədə APA-ya AMİP-in mətbuat və informasiya xidmətindən məlumat verilib.
Hakim “Moderat” Partiyasının dəvəti ilə gerçəkləşən səfər sentyabrın 19-da İsveçdə keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədi daşıyır. Səfər zamanı AMİP-çi gənclər təbliğat kampaniyaları və ayrı-ayrı regionlarda seçki öncəsi şəraitlə tanış olacaqlar. Seçki günü isə onlar məntəqələrdə səsverməni izləyəcəklər.
Azərbaycandan yalnız AMİP-çilərin müşahidəçi kimi iştirak etdiyi bu seçkilərdə qazanılacaq təcrübədən ölkədə keçiriləcək parlament seçkilərində istifadə olunacağı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR