Bank Of Baku

Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib

Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib
# 17 sentyabr 2010 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitənin 2010-cu ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat verilib. İclasda komitənin payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib. Komitənin sədri Nizami Cəfərov bildirib ki, yaz sessiyası ərzində 3 iclas keçirilib və burada bir sıra məsələlər müzakirə olunub, həmçinin ayrı-ayrı qurumlardan daxil olan 84 müraciətə baxılıb.

Onun sözlərinə görə, payız sessiyasında müzakirəyə çıxarılmaq üçün komitəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə layihə daxil olub. Daha sonra layihə müzakirə olunaraq parlamentin ppayız sessiyasına tövsiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR