Bank Of Baku

“İnsan naminə” siyasi partiyalar bloku daha dörd dairədə vahid namizəd müəyyənləşdirib

“İnsan naminə” siyasi partiyalar bloku daha dörd dairədə vahid namizəd müəyyənləşdirib
# 17 sentyabr 2010 13:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İnsan naminə” siyasi partiyalar blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Liberal Partiyasının (ALP) rəhbərliyi parlament seçkilərində daha dörd dairə üzrə vahid namizəd irəli sürülməsi barədə razılıq əldə edib. Bu barədə APA-ya VİP sədri Əli Əliyev məlumat verib. Belə ki, 15 saylı Yasamal I Seçki Dairəsindən Elxan Cəfərov (ALP), 45 saylı Abşeron Seçki Dairəsindən Südeyif İmanov (VİP), 91 saylı Ucar Seçki Dairəsindən Aydın Mirzəyev (VİP), 118 saylı Ağdam şəhər Seçki Dairəsindən isə Həsən Həsənovun (ALP) namizədliyinin “İnsan naminə” siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi barədə razılığa gəlinib.

Ə. Əliyev bununla da blok tərəfindən namizədliyi irəli sürülən şəxslərin sayının 80-ə çatdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR