Bank Of Baku

Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
# 17 sentyabr 2010 13:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitənin 2010-cu il yaz və növbədənkənar sessiyası ərzində görülən işləri barədə məlumat verilib. Komitənin sədri Hadı Rəcəbli bildirib ki, yaz sessiyasında komitə tərəfindən 17 məsələ müzakirə edilib, təqdim olunmuş 13 qanun layihəsi qəbul olunub. Yaz sessiyası ərzində sosial siyasət komitəsinə 492 ərizə daxil olub, komitə tərəfindən 300-dən çox vətəndaş qəbul edilib.

Daha sonra parlamentin payız sessiyasına təqdim olunacaq qanun layihəsi barədə məlumat verən H. Rəcəbli komitənin payız sessiyası ərzində iş planına «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında» Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinin daxil olduğunu bildirib: «Ən ciddi məsələlərdən Rusiyadakı əməkçilərin pensiya məsələsidir. Bu layihədə əmək miqrantlarının hüquqları ilə bağlı bir çox məsələlər, o cümlədən sığorta və s. qeyd olunub. Lakin əmək miqrantlara öz ölkələrinə qayıtdıqdan sonra gələcəkdə pensiyaların verilməsi məsələsi burada yoxdur. Bu da düşündürücü məsələlərdəndir. Bu konvensiyadakı hüquqları almaq üçün əmək miqrantları mütləq status almalıdırlar».

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə qeyd edib ki, payız sessiyası ərzində komitə tərəfindən «Tütün istehlakının azaldılması haqqında» qanun layihəsinin işlənilib parlamentin 2011-ci il yaz sessiyasına hazır edilməsi mümkündür. Deputatların rəy və təkliflərindən sonra sosial siyasət komitəsinin gündəliyi təsdiqlənib və «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında» Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi parlamentin plenar iclasına tövsiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR