Bank Of Baku

Prezident həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Prezident həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb
# 17 sentyabr 2010 19:01 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmana əsasən, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.
“Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2010-cu ilin oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR