Bank Of Baku

Bu günədək 232 nəfər dairə seçki komissiyalarından imza vərəqəsi götürüb

Bu günədək 232 nəfər dairə seçki komissiyalarından imza vərəqəsi götürüb
# 18 sentyabr 2010 09:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması qaydasına dair izah təsdiqlənib. APA-nın məlumatına görə, həmçinin, Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair izah təsdiqlənib.

MSK üzvləri bu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası və sayını da təsdiqləyiblər.

MSK sədri Məzahir Pənahov bildirib ki, artıq seçki dairələrinə müraciət etmiş 262 nəfərin müraciəti təsdiq edilib, dairələrdən imza vərəqəsini götürənlərin sayı isə 232 nəfərdir.

Müraciətlər 125 dairədən 92-ni əhatə edir, 33 dairə üzrə hələlik namizədliyini irəli sürən olmayıb. “Elə dairə var ki, 8-12 nəfər müraciət edib. Bu da seçkiyə olan marağın göstəricisidir” deyən Məzahir Pənahov bildirib. ölkə üzrə seçkiləri müşahidə etməkdən üçün 200 müşahidəsi MSK-da qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR