Bank Of Baku

Bakıda “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları başlayıb - FOTO

Bakıda “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları başlayıb - <font color=red>FOTO</font>
# 20 sentyabr 2010 07:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, məlumat sessiyasında PA, MSK, ATƏT-in Bakı Ofisinin nümayəndələri, Bakı və ətraf rayonların icra hakimiyyəti başçıları, dairə seçki komissiyalarının sədrləri iştirak edir.

ATƏT-in Bakı ofisinin sədri Əli Bilge Cankorel bu kimi tədbirlərin 2008-ci ildə keçirilən prezident seçkiləri ilə bağlı başlandığını deyib: “Analoji əməkdaşlıq prezident və bələdiyyə seçkilərində də edilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında Azərbaycanda keçirilən seçkilərdə irəliləyişlərin olduğu təsdiqlənir. Bu irəliləyiş bələdiyyə seçkilərində də müşahidə olunub. Bu, MSK-nın, Azərbaycan dövlət qurumlarının nailiyyətidir. Bunda ATƏT-in də rolu var. Ancaq son bələdiyyə seçkiləri də daxil olmaqla, prosesə bəzi müdaxilələr də olub. Bunun nəticəsi olaraq bəzi seçki komissiyalarının üzvləri, DSK sədrləri cəzalandırılıb. Hətta bir icra hakimiyyəti başçısı işdən çıxarılıb. Ola bilsin ki, qanunsuz müdaxilələrin sayı çox deyil, ancaq bunlar ümumiyyətlə, olmamalıdır”.

Qeyd edək ki, məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilib. Sentyabrın 21-də Şirvanda, sentyabrın 22-də Mingəçevirdə, sentyabrın 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni mövzulu məlumat sessiyaları təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR