Bank Of Baku

MSK sədri: “Azərbaycanda parlament seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”

MSK sədri: “Azərbaycanda parlament seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”
# 20 sentyabr 2010 10:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanda parlament seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”. APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən məlumat sessiyasındakı çıxışında deyib.

O, 125 seçki dairəsi üçün bütün şəraiti olan binaların tikilərək istifadəyə verildiyini xatırladıb. Seçici siyahılarının proses üçün vacibliyini vurğulayan MSK sədri təkmil və əhatəli seçici siyahıları hazırladıqlarını bildirib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR