Bank Of Baku

Demokratiya Uğrunda İttifaq DİN və MSK-ya müraciət edəcək

Demokratiya Uğrunda İttifaq DİN və MSK-ya müraciət edəcək
# 20 sentyabr 2010 11:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda seçkidə iştirak edən namizədlərin qarşılaşdıqları qanunsuzluqlar və maneələr barədə müzakirə aparılıb.

Qarşıya çıxan problemlər haqqında Daxili İşlər Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi qərara alınıb. Müraciətdə bir çox vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq vaxtının bitməsinə baxmayaraq vəsiqələrin dəyişdirilməməsinə, Mənzil İstismar Sahələrinin müdaxilələrinə, yerlərdə imza toplayanlara yaradılan süni maneələrə, şəxsiyyət vəsiqələrinin müxtəlif təşkilatlar adından kütləvi şəkildə toplanmasına etiraz bildirilib və təcili tədbir görülməsi tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR