Bank Of Baku

Bakıda “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən məlumat sessiyası başa çatıb

Bakıda “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən məlumat sessiyası başa çatıb
# 20 sentyabr 2010 12:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bakıda Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən məlumat sessiyası başa çatıb. APA-nın məlumatına görə, sessiyanın ikinci hissəsi mətbuat üçün qapalı olub.

Qeyd edək ki, məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilib. Bu gün keçirilən ilk məlumat sessiyası Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün olub.

Sentyabrın 21-də Şirvanda, sentyabrın 22-də Mingəçevirdə, sentyabrın 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni mövzulu məlumat sessiyaları təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR