Bank Of Baku

Vəhdət Partiyası seçkidə iştirak etməyəcək

Vəhdət Partiyası seçkidə iştirak etməyəcək
# 20 sentyabr 2010 13:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Vəhdət Partiyası (AVP) Siyasi Şurasının (SŞ) iclası keçirilib. AVP sədri Tahir Kərimli APA-ya açıqlamasında parlament seçkilərində partiya şəklində iştirak etməmək barədə qərar qəbul etdiklərini deyib: “Partiya üzvlərinə sərbəstlik verilib. Kim istəyirsə, fərdi qaydada deputatlığa namizədliyini verə bilər”.

T. Kərimli bildirib ki, partiya formatında seçkidə iştirakdan imtina etmələrinin səbəbi AVP-nin texniki imkanlarının məhdudluğu ilə əlaqədardır: “Hələlik bir nəfər Sumqayıtdan öz namizədliyini irəli sürüb. Yaxın vaxtlarda fərdi qaydada deputatlığa namizədliyini irəli sürən partiya üzvlərinin adları tam bəlli olacaq”.

T. Kərimli özünün seçkiyə qatılıb-qatılmayacağı məsələsinə aydınlıq gətirməyib: “Qəti qərara gəlməmişəm. Hələlik şansımı dəyərləndirirəm. Ola bilsin ki, deputatlığa namizədliyimi irəli sürməyim. Bu məsələ Siyasi Şurada da müzakirə olundu və mənim öhdəmə buraxıldı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR