Bank Of Baku

Müsavat Partiyası Türkiyə və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin ictimaiyyətə açıqlanmasını istəyir

Müsavat Partiyası Türkiyə və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin ictimaiyyətə açıqlanmasını istəyir
# 20 sentyabr 2010 14:59 (UTC +04:00)
Bakı – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadan APA-ya bildirilib ki, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb və parlament seçkilərinə hazırlığın gedişi haqqında məlumat verilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə son dövrlər Güney Qafqazda və bu bölgə ilə bağlı dünyada gedən proseslər təhlil edilib. Bu kontekstdə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında saziş dəyərləndirilib. Divan həmin sənədin tam mətninin ictimaiyyətə açıqlanmasını tələb edib. Azərbaycan hakimiyyəti tərəfindən PKK-nın terrorçu təşkilat kimi tanınmaması, Gəncədə Türkiyə Baş Konsulluğu üçün yer ayrılmaması və Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməməsinin iki qardaş dövlət arasında münasibətlərin daha da inkişafına ciddi maneə olduğu vurğulanıb və bu problemlərin tezliklə aradan qaldırılması tələb edilib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR