Bank Of Baku

AXCP və Müsavat Partiyası daha iki dairədə vahid namizəd irəli sürməklə bağlı razılıq əldə edib

AXCP və Müsavat Partiyası daha iki dairədə vahid namizəd irəli sürməklə bağlı razılıq əldə edib
# 20 sentyabr 2010 15:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AXCP və Müsavat Partiyası Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar daha iki dairədə vahid namizəd irəli sürməklə bağlı razılıq əldə edib. Bu barədə APA-ya Müavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arf Hacılı məlumat verib.

Müsavat Partiyasının təmsilçisi Məmməd Zeynalov 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən, AXCP təmsilçisi Əsəd Əsədzadə isə 32 saylı Suraxanı III seçki dairəsindən “AXCP-Müsavat” seçki blokunun vahid namizədi olub.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR