Bank Of Baku

Bakıda TürkPA ölkələri parlament aparatı rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilib

Bakıda TürkPA ölkələri parlament aparatı rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilib
# 20 sentyabr 2010 15:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament aparatları rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilib. Milli Məclisdən APA-ya verilən məlumata görə, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisi (TBMM) Aparatının baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Berik Arın arasında keçirilən görüşdə TürkPA-nın 2011-ci ilin martında keçiriləcək plenar sessiyası barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, bu yaxınlarda Azərbaycan Parlamenti Aparatının nümayəndə heyəti Türkiyəyə səfər edərək TBMM fəaliyyəti ilə yaxından tanış olub, təcrübə keçiblər. Yaxın günlərdə isə TBMM Aparatının nümayəndə heyəti Bakıya səfərə gələcək.

S. Mirzəyev TürkPA-ya üzv dövlətlərin parlament aparatları rəhbərlərinin görüşünün bu beynəlxalq təşkilat çərçivəsində, həm də ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını bildirib.

TBMM Aparatının baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Berik Arın TÜRKPA-nın təkcə üzv dövlətlər arasında deyil, bütün türkdilli ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər. Görüşdə qeyd olunub ki ki, bu cür görüşlər bir sıra problemlərin həlli və münasibətlərin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR