Bank Of Baku

Azərbaycan hökumətinin kütləvi aksiyalar keçirmək üçün təklif etdiyi yeni yerlərin adları məlum olub

Azərbaycan hökumətinin kütləvi aksiyalar keçirmək üçün təklif etdiyi yeni yerlərin adları məlum olub
# 21 sentyabr 2010 13:03 (UTC +04:00)
Bu yerlər isə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Təbriz” kinoteatrının qarşısı və keçmiş “Qələbə” kinoteatrı ilə metronun “İnşaatçılar” stansiyasının arasında yerləşən meydandır. Bundan başqa, əvvəllər müxalifətə aksiya keçirmək üçün təklif olunan yerlər də siyahıda yer alıb.

Bakı Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlərin siyahısına hələ ki, yeni yerlərin daxil edilmədiyini bildirib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlərin siyahısının hazırlandığı ilə bağlı məlumatı iyunun 10-da ATƏT-in Bakı Ofisinin Əli Bilge Cankorel verib. Sentyabrın 8-də isə AXCP sədri Əli Kərimli həmin məlumatı təkrarlayan açıqlama verib. Lakin indiyədək təklif olunan yerlərin adları açıqlanmırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR