Bank Of Baku

Şirvanda seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyası keçirilib - FOTO

Şirvanda seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyası keçirilib - <font color=red>FOTO  </font>
# 21 sentyabr 2010 13:07 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. ATƏT-in Bakı ofisi, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə icra hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının sədrləri üçün seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair keçirilən informasiya sessiyaları Şirvan şəhərində davam etdirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 21 rayon və şəhərin icra hakimiyyəti başçıları və həmin rayonların DSK sədrləri üçün keçirilən informasiya sessiyasında demokratik seçkilərə dair təməl prinsiplər və qanunsuz müdaxilənin yolverilməzliyinə dair Azərbaycanın Seçki Məcəlləsində əksini tapan müddəalar haqqında danışılıb, yerli icra orqanlarının bu prosesdəki roluna aydınlıq gətirilib, seçki komissiyalarının müstəqilliyi və öhdəlikləri vurğulanıb.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel açılış nitqində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının 15 oktyabr 2008-ci il tarixli prezident seçkilərinə dair hazırladığı hesabata toxunub. Sənəddə bildirilir ki, “əvvəlki seçkilərlə müqayisədə dövlət və yerli icra orqanlarının seçki prosesinə müdaxilə hallarında azalmalar müşahidə olunur”. Səfir ümid etdiyini bildirib ki, seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyaları bu sahədə irəliləyişin davamına yardımçı olacaq.

Sessiyada MSK katibi Natiq Məmmədov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.

Növbəti informasiya sessiyaları Mingəçevirdə (22 sentyabr) və Naxçıvan MR-da (24 sentyabr) keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR