Bank Of Baku

Böyük Britaniya səfirliyinin müşaviri “Qarabağ” blokunun liderləri ilə görüşüb

Böyük Britaniya səfirliyinin müşaviri “Qarabağ” blokunun liderləri ilə görüşüb
# 21 sentyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Ketrin Kliv Ümid Partiyasının qərargahında “Qarabağ” seçki blokuna daxil olan partiyaların sədrləri ilə görüşüb. Ümid Partiyasından APA-ya verilən məlumata görə, görüşdə Ümid Partiyasının sədri İqbal Ağazadə və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu iştirak edib. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, 7 noyabr parlament seçkiləri, “Qarabağ” blokunun seçkiyə qatılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Qarabağ” seçki blokuna ADP, Ümid və Aydınlar partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR