Bank Of Baku

Lənkəranda Venesiya Komissiyasının təşkilatçılığı ilə seminar keçirilib - FOTOSESSİYA

Lənkəranda Venesiya Komissiyasının təşkilatçılığı ilə seminar keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 21 sentyabr 2010 14:53 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Avropa Şurasının (AŞ) Venesiya Komissiyası və Azərbaycan Prezident Administrasiyasının birgə təşkilatçılığı ilə Lənkəranda “Sərbəst toplaşmaq azadlığı və seçkiqabağı kampaniya” mövzusunda cənub bölgəsinin 13 rayonunun icra strukturlarının və polis orqanlarının nümayəndələri üçün seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov seminar iştirakçılarını salamlayaraq rayonda qarşıdakı parlament seçkilərinə hazırlıqdan söz açıb.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov çıxışında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişiklikləri geniş şərh edərək bu dəyişikliklərin parlament seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek analoji tədbirin bundan əvvəl Quba və Qəbələ rayonlarında keçirildiyini xatırladıb. O, seminarın başlıca məqsədinin yerli icra hakimiyyəti və polis orqanlarının nümayəndələrini bir yerə toplamaqla onları qarşıdakı parlament seçkiləri ərəfəsində bu sahədə mükəmməl təcrübə toplamış beynəlxalq ekspertlərin fikirləri ilə tanış etməkdən ibarət olduğunu deyib. V. Kotekin sözlərinə görə, Azərbaycanda parlament seçkiləri AŞ-nin 30 nəfərlik müşahidə qrupu tərəfindən izləniləcək.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR