Bank Of Baku

MSK 255 müşahidəçini qeydə alıb

MSK 255 müşahidəçini qeydə alıb
# 21 sentyabr 2010 15:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu günə qədər 255 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək Azərbaycanın bütün ərazisində müşahidə aparmaq arzusunda olduğunu bildirib. MSK-nın mətbuat xidmətindən APA-ya bildirilib ki, bütün müraciətlərə müsbət cavab verilib. Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 190-ı öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik missiyasını həyata keçirəcəklər.
Bütün ölkə üzrə müşahidə aparılmasına dair ərizələrin qəbulu oktyabrın 28-dək davam edəcək.

Hər hansı seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-nə qədər müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilər.

Xatırladaq ki, Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR