Bank Of Baku

QAT Türkiyənin ermənilərlə bağlı siyasətinə etiraz edib

QAT Türkiyənin ermənilərlə bağlı siyasətinə etiraz edib
# 22 sentyabr 2010 11:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə hökumətinin ermənilərlə bağlı siyasətinə etiraz edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun bununla bağlı bəyanatında Türkiyənin ermənilərə birtərəfli güzəştə getmək siyasəti qəti şəkildə pislənilib və Vanın Axtamar adasındakı erməni kilsəsinin açılışı yolverilməz sayılıb: “Ermənilər bu xoşniyyətli addımı düzgün qiymətləndirmək əvəzinə, burada erməni kilsəsinin olması faktından ərazi iddiaları üçün istifadə etməyə, heç bir əsas olmadan “xaç davası” salmağa çalışırlar. Türkiyə prezidentinin Ermənistanın terrorçu prezidenti Serj Sarkisyanı müstəqillik günü münasibətilə təbrik etməsi də gülünc görünür. Bu yolla erməni tərəfini müalicə etmək mümkün deyil. Ona görə də bu cür lüzumsuz praktikaya son qoyulmalıdır”.

QAT qeyd edib ki, hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycanda ermənilər tərəfindən yüzlərlə məscid, məzarlıq dağıdılıb və məhv edilib: “Ermənilər onların bərpası haqda düşünmürlər. Dağlıq Qarabağ və ətraf rayonlarda Azərbaycanın mədəniyyət, tarix və dini abidələrinə qarşı törədilən vəhşilikləri də bu sıraya aid etmək olar. Ermənilər bu gün 4000-dən artıq azərbaycanlını əsirlikdə saxlayır, hətta meyitləri geri qaytarmaq istəmirlər. Son vaxtlar 2 Azərbaycan əsgərinin meyitlərinin geri qaytarılmaması, erməni tərəfinin meyitlə siyasi alver etməsi heç bir ölçüyə sığmır”.

Bəyanatda bildirilir ki, Türkiyə hökuməti ermənilərə münasibətdə bu cür “xoşniyyətli təşəbbüslər” praktikasından imtina etməli, ermənilərin etdikləri və etməkdə olduqları vəhşilikləri, xəyanətləri unutmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR