Bank Of Baku

Mingəçevirdə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda sessiya keçirilib - FOTO

Mingəçevirdə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda sessiya keçirilib - <font color=red>FOTO</font>
# 22 sentyabr 2010 13:42 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Mingəçevir şəhərində “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Prezident Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən tədbirdə 28 şəhər və rayon icra hakimiyyətinin başçısı və 40 dairə seçki komissiyasının sədri iştirak edib. Sessiyada ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel çıxışı zamanı ötən seçkilərdə irəliləyişlərin əldə edildiyini, seçki prosesinə müdaxilə edən şəxslərin cəzalandırıldığını bildirib. O, son günlər Azərbaycanın regionlarında təşkil edilən bu məlumat sessiyasının əhəmiyyətini yüksək qiymətləndirib və noyabrda keçiriləcək seçkilərin də şəffaf, ədalətli və demokratik keçiriləcəyinə əminliyini ifadə edib.
Sessiyada Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov yerli icra orqanlarının seçki prosesindəki roluna aydınlıq gətirib, seçki komissiyalarının müstəqilliyi və öhdəlikləri barədə məlumat verib. İcra hakimiyyəti orqanlarının dairə və məntəqə seçki komissiyaları ilə əlaqəli işinə və seçki prosesində onların öhdəsinə düşən vəzifələrə münasibət bildirən Hüseyn Mövsümov bildirib ki, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları seçki prosesində birbaşa iştirak etməsələr də, yerlərdə normal seçki mühitinin yaradılmasında, seçkilMr zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar. Bundan başqa, namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün müvafiq yerlərin ayrılması və onların təhlükəsizliyinin təmin edilməsi də həmin qurumların vəzifəsidir.
MSK katibi Natiq Məmmədov çıxışında cəmiyyətin seçkilərə hazırlanması prosesini seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri olduğunu və ölkədə qarşıdan gələn seçkilərə hazırlıq prosesində yüksək siyasi fəallıq müşahidə edildiyini diqqətə çatdırıb. O, ölkədə seçkilərlə bağlı maarifləndirmə işinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən, seçicilərin siyasi iradəsinin düzgün formalaşması üçün maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.
ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin müdiri Jaklin Karpenter seçkilərin demokratik prinsipləri, seçicilərin öz iradələrini azad və sərbəst sürətdə ifadə etmələri üçün normal şəraitin yaradılmasının zəruriliyindən danışıb.

Sessiyada mövzu ətrafında müzakirələr aparılıb, iştirakçılarının sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR