Bank Of Baku

ATƏT-in müşahidə missiyasının üzvləri BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli ilə görüşüblər

ATƏT-in müşahidə missiyasının üzvləri BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli ilə görüşüblər
# 22 sentyabr 2010 15:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edən müşahidə missiyasının hüquq və seçki analitikləri Marianna Skopa və Aleksey Qromov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında (BAXCP) qurumun beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli ilə görüşüblər.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə BAXCP-nin də daxil olduğu “İslahat” seçki blokunun seçkilərdə iştirakı müstəvisində bir sıra hüquqi və seçki məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb. E. Mirzəbəyli ATƏT-in müşahidə missiyasının təmsilçilərinə bloka daxil olan partiyalar və onların birgə fəaliyyəti ilə bağlı geniş məlumat verib.

Görüşdə blokdan deputatlığa namizədlikləri irəli sürülən şəxslərin sənədlərinin müvafiq seçki komissiyalarına təqdim olunması, imzatoplama kampaniyasının gedişi, namizədlərin qeydə alınması prosesi, eləcə də digər hüquqi və seçki proseduraları ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR