Bank Of Baku

MSK sədri Venesiya Komissiyasının nümayəndə heyəti ilə görüşüb

MSK sədri Venesiya Komissiyasının nümayəndə heyəti ilə görüşüb
# 24 sentyabr 2010 11:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib.

M. Pənahov görüşdə bildirib ki, Mərkəzi Seçki Komissiyası hər zaman beynəlxalq qurumlarla münasibətlərə ciddi önəm verir və Avropa Şurası, eyni zamanda Avropa Şurasının Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıqdan məmnunluq duyur: “Venesiya Komissiyası ilə Mərkəzi Seçki Komissiyasının faydalı əməkdaşlığı 2003-cü ildən başlanıb və birgə fəaliyyət ölkəmizdə demokratiyanın inkişafına əhəmiyyətli töhfələr verib”.

Qonaqlar seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işlərlə maraqlanıblar. MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsindən danışaraq bu prosesin yanvar ayından başlandığını və hazırda da davam etdirildiyi söyləyib. O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi maarifləndirmə proqramı barədə məlumat verərək bu proqram çərçivəsində Venesiya Komissiyası ilə birgə həyata keçirilmiş tədbirlərdən söz açıb və oktyabr ayında da aşağı seçki komissiyaları üçün trenerlərin hazırlanması üçün birgə treninqlərin təşkil ediləcəyini deyib.

VK nümayəndələri Azərbaycanda seçkilərin təşkili və keçirilməsi sahəsində, habelə seçici siyahılarının dəqiqləşdirilməsi işində böyük uğurlar əldə etdiyini vurğulayaraq seçkilərə hazırlıqla bağlı görülən işlərdən razılıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR