Bank Of Baku

MSK Ombudsman Aparatından 40 nəfəri müşahidəçi kimi qeydə alıb

MSK Ombudsman Aparatından 40 nəfəri müşahidəçi kimi qeydə alıb
# 24 sentyabr 2010 12:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu günə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) 394 nəfər müraciət edərək parlament seçkilərində bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün müraciətlərə müsbət cavab verilib.

Qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 309-u öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik missiyasını həyata keçirəcək. Ombudsman Aparatından isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.

Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbulu oktyabrın 28-dək davam edəcək. Hər hansı seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-nə qədər müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR