Bank Of Baku

MSK-ya “exit-poll” keçirməklə bağlı müraciət daxil olmayıb

MSK-ya “exit-poll” keçirməklə bağlı müraciət daxil olmayıb
# 24 sentyabr 2010 13:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Parlament seçkiləri ilə bağlı “exit-poll” keçirmək niyyətində olan beynəlxalq və yerli təşkilatlardan hələ ki Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb. Bunu APA-ya açıqlamasında MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.

A. Sarıyev bildirib ki, MSK-nın təsdiqlədiyi təqvim planına əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiyadan keçmək üçün təqdim etdikləri sənədlər qanunvericiliyə uyğun olaraq seçki gününə azı 20 gün qalmışa, yəni oktyabrın 18-nə qədər qəbul olunur.

“Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar isə seçki gününə ən azı 10 gün qalanadək, yəni oktyabrın 28-nə qədər qəbul edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR