Bank Of Baku

“Parlament -2010” seçki monitorinqi koalisiyasının nümayəndəsi Avropa İttifaqının təmsilçiləri ilə görüşüb

“Parlament -2010” seçki monitorinqi koalisiyasının nümayəndəsi Avropa İttifaqının təmsilçiləri ilə görüşüb
# 24 sentyabr 2010 13:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “Parlament -2010” seçki monitorinqi koalisiyasının nümayəndəsi, Müstəqil Elmi Praktik Hüquq Mərkəzinin prezidenti Aydın Kərimov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində, qurumun siyasi məsələlər üzrə mütəxəssisi Manfredas Limantas və məsləhətçisi Ovidiu-Viorel Naftanaila ilə görüşüb.

Koalisiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Aydın Kərimov “Parlament -2010” seçki monitorinqi koalisiyasının fəaliyyəti barədə məlumat verib. A. Kərimov deyib ki, koalisiya tərəfindən seçkilərin müşahidəsinə ictimaiyyət nümayəndələrinin daha geniş şəkildə cəlb edilməsi nəzərdə tutulub. O, seçkilərin gedişi və nəticələri haqqında tərəfsiz, obyektiv məlumat əldə etmək və geniş ictimaiyyətə çatdırmaq üçün 80 seçki dairəsində monitorinqin təşkil ediləcəyini deyib. Onun sözlərinə görə, müşahidə üçün 3 min nəfərin iştirakı təmin ediləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə mütəxəssisi Manfredas Limantas qeyd edib ki, Avropa İttifaqı parlament seçkilərinin obyektiv keçirilməsində maraqlıdır.

Görüşdə parlament seçkilərində, həm də seçkilərdən sonra davamlı əməkdaşlıq etmək barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR