Bank Of Baku

AXCP-nin sədr müavini ATƏT-in müşahidə missiyasının üzvləri ilə görüşüb

AXCP-nin sədr müavini ATƏT-in müşahidə missiyasının üzvləri ilə görüşüb
# 24 sentyabr 2010 14:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidə missiyasının üzvləri Mariana Skopa və Aleksey Qromov arasında görüş keçirilib. F. Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, görüşdə seçkiöncəsi vəziyyət, deputatlığa namizədlərin qeydə alınması prosesi, sərbəst toplaşmaq və media azadlığının təmini, o cümlədən müxalifətin televiziya kanallarına çıxış imkanları əsas müzakirə mövzusu olub.

ATƏT nümayəndələri biliblər ki, sentyabrın 28-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidə missiyasının Bakıda ofisi açılacaq və yeni tərkib formalaşdırılacaq. Bundan başqa, müxalifətdə təmsil olunan siyasi partiyalarla ayrı-ayrılıqda görüşlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR