Bank Of Baku

AXCP-nin sabah keçiriləcək qurultayında Müsavat Partiyası ilə birləşmək barədə qərar layihəsi müzakirəyə çıxarılacaq

AXCP-nin sabah keçiriləcək qurultayında Müsavat Partiyası ilə birləşmək barədə qərar layihəsi müzakirəyə çıxarılacaq
# 24 sentyabr 2010 15:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, sessiyada çıxış edən partiya sədri Əli Kərimli sentyabrın 25-də “Təbriz” kinoteatrında keçiriləcək qurultayla bağlı məlumat verib.

Ə. Kərimli deyib ki, AXCP-nin 80 rayon təşkilatının 75-də qurultaya hazırlıqla bağlı konfrans keçirilib, qurultaya 526 nümayəndə seçilib.

AXCP sədri qurultayda qəbul olunacaq qətnamə və sənədlər layihələrinin hazır olduğunu da qeyd edib. Onun sözlərinə görə, onlardan biri də AXCP-nin Müsavat Partiyası ilə qeyd-şərtsiz, bərabər hüquqlu qaydada birləşməsi barədə daxili qərar layihəsidir: “Əgər həmin qərar qəbul olunarsa, bu, AXCP ilə Müsavatın bir partiyada birləşməsi barədə qərarın 50 faizi sayılacaq”.

Ə. Kərimli Ali Məclis üzvlərini bu qərar layihələrinin lehinə səs verməyə çağırıb.

AXCP sədri qeyd edib ki, qurultaydan sonra mitinqlərin günləri təyin olunacaq. O, Azərbaycan hökumətinin təklif etdiyi son iki yerdə mitinq keçirməyin mümkün olduğunu da qeyd edib.

Sessiyada Ali Məclisin yeni seçilmiş üzvləri də təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR