Bank Of Baku

MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayı 460-a çatıb

MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayı 460-a çatıb
# 25 sentyabr 2010 13:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması davam edir.

Mərkəzi Seçki Komissiyasından APA-ya daxil olan məlumata görə, bu günə qədər MSK-ya 460 nəfər müraciət edərək, bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. Bütün müraciətlərə müsbət cavab verilib. Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 29-u xüsusi icazə almış müşahidəçilərdir.

Müşahidəçilərin 338-i öz təşəbbüsü, 39-u siyasi partiyalar, 14-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik missiyasını həyata keçirəcəklər. Ombudsman Aparatından isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.

Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək.

Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin Dairə Seçki Komissiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu il noyabrın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR